Bank of Baku
İstehlak kreditləri üzrə kiçik ekspert
Vakansiya haqqında məlumat:
İstehlak kreditləri üzrə kiçik ekspert
Vəzifənin təsviri
İstehlak kreditləri üzrə kiçik ekspert bankın əsas funksiyalarından biri olan kreditvermə fəaliyyətinin həyata keçirilməsində birbaşa iştirak edir və müştərilərlə sıx işləyir. Bu vəzifə ali təhsili tamamlamış və iş təcrübəsi olmayan və ya az olan şəxslər üçün unikal inkişaf imkanıdır.
Əsas vəzifə və öhdəliklər
- Müştərilərin qəbulu və onlara kredit məhsulları haqqında məlumatların verilməsi
- Müştərilər tərəfindən verilmiş kredit ərizələrinin təhlilinin aparılmasında iştirak edilməsi
- Müsbət qərar verilmiş kredit ərizələrinin rəsmiləşdirilməsinin təmin edilməsi
- Götürülmüş kreditin ödənişi üçün müraciət etmiş müştərilərin ödənişinin qəbulu
Seçim meyarları
- İqtisadiyyat və idarəetmə sahəsi üzrə bakalavr və ya magistr dərəcəsi
- Əla Azərbaycan dili bilikləri (Rus dili və İngilis dili arzuolunandır)
- MS Office (Word, Excel) proqramları ilə işləmək bacarığı
- Bank sektorunda karyera qurmağa böyük həvəs və iddialılıq
- Yaradıcı və analitik düşüncə tərzi
- Məsuliyyətli, dəqiq və intizamlı iş yanaşması
İş şərtləri
- İş yeri: Bakı filialları
- İş vaxtı: 5 iş günü, 09:00-18:00
Seçim prosesi
Müraciət etmək istəyən namizədlər CV-ləri subject bölməsində İstehlak kreditləri üzrə kiçik ekspert qeyd etməklə [email protected] mail ünvanına göndərə bilərlər. Yalnız ilkin seçimdən keçən şəxslərlə əlaqə saxlanılacaqdır.
Bizi sosial şəbəkələrdən izləyin!!