Qala Həyat
“Qala Həyat” Sığorta Şirkəti 2010-cu ildən Azərbaycan əhalisinə həyat sığortası xidmətləri göstəmək məqsədilə fəaliyyətə başlayıb. Şirkətin yaradılması “Azərbaycanda vətəndaşların sosial müdafiəsinə yönəlmiş “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə, əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” qanunun imzalanması ərəfəsinə təsadüf edib.
“Qala Həyat” 13 041 600 (on üç milyon qırx bir min altı yüz) manat nizamnamə kapitalına malik olan həyat sığortası şirkətidir. Şirkətin əsas səhmdarı aktivlərinin həcminə görə ölkənin ən iri sığorta qurumu olan “AzRe Təkrarsığorta” ASC-dir.
İri həcmli nizamnamə kapitalı ilə sığorta bazarının əsas iştirakçısı olan “Qala Həyat” şirkətinin əsas fəaliyyət istiqaməti və məqsədi sərfəli həyat sığortası məhsulları təqdim etməklə Azərbayacan xalqına güvənli və etibarlı xidmət göstərməkdir.
Təsis edildiyi gündən öz fəaliyyətini yüksək xidmət keyfiyyəti ilə təmin edən beynəlxalq idarəetmə sistemi və standartları əsasında quran “Qala Həyat” şirkəti sığorta sahəsində təcrübəyə malik peşəkarlardan ibarət komandaya malikdir.
Hazırda şirkət müştərilərə Azərbaycan sığorta qanunvericiliyi ilə nəzərdə tutulmuş həyat sığortası siniflərinə aid bütün növ məhsullar təqdim edir.
“Qala Həyat” şirkəti İcbari Sığorta Bürosunun, Amcham, “Caspian European Club” və Azərbaycan Sığortaçılar Assosiasiyasının üzvüdür.
Veb sayt | www.qala.az |
Ünvan | Azərbaycan, AZ1065, Bakı şəhəri, Yasamal rayonu, İzmir küçəsi 5a |
Telefon | +(99412) 404-77-74 |
[email protected] | |
CEO | Azər Əliman oğlu Əlizadə |