Meqa Sığorta
“Meqa Sığorta” ASC sığorta fəaliyyətinə 01.10.2010-cu il tarixində başlamışdır. İşə professional yanaşma, etibarlılıq, qabaqcıl beynəlxalq idarəetmə sistemlərinin tətbiqi, təklif etdiyi sığorta məhsullarının çeşidi və yüksək səviyyəli sığorta xidmətləri ilə müştərilərin inam və rəğbətini qazanan şirkət qısa zamanda Azərbaycan sığorta bazarının liderlərindən birinə çevrilməyə nail olmuşdur. Şirkət həmçinin maliyyə sabitliyini qorumaq və sığorta öhdəliklərini əminliklə yerinə yetirmək məqsədi ilə 2010-2015-ci illər ərzində nizamnamə kapitalını 3.5 milyon AZN-dən 14.5 milyon AZN-ə artırmışdır.
Şirkət həm fərdi, həm də korporativ müştərilərə 30 könüllü və 3 icbari sığorta növü üzrə Bakıda və Azərbaycanın müxtəlif bölgələrində sığorta xidmətləri təklif edir. Müştərilərinin sorğularını daha operativ cavablandırmaq və eləcə də sığorta hadisələrini daha sürətlə tənzimləmək məqsədi ilə “Meqa Sığorta” ASC Bakı ofislərindən əlavə olaraq Sumqayıt, Qobustan, Sahil, Mingəçevir, Lənkəran, Şəmkir, Şamaxı, Zaqatala, Xaçmaz, Xudat, Ağsu şəhərlərində filial və nümayəndəlik şəbəkəsini genişləndirmişdir.
Dünyanın ən nüfuzlu beynəlxalq audit şirkətlərindən biri hesab edilən “Ernst & Young” şirkəti “Meqa Sığorta” ASC-nin 31 dekabr 2016-cı il üzrə Beynəlxalq Maliyyə Hesabatları Standardlarına uyğun hazırlanmış hesabatlarına müsbət rəy vermiş və həmin rəydə maliyyə hesabatlarının bütün mühüm aspektlər üzrə düzgün tərtib edilməsi qeyd edilmişdir.
Maliyyə Hesabatlarının Beynəlxalq Standartlar üzrə hazırlanması və təqdim edilməsi şirkət üzrə bütün əməliyyatların tam şəffaf və transparant aparıldığını bir daha təsdiq edir.
2015-ci ildə “Meqa Sığorta” ASC həmçinin İsveçrənin SGS beynəlxalq audit şirkəti tərəfindən ISO-9001 2008 keyfiyyət sertifikatı ilə təltif edilmişdir.
“Meqa Sığorta” ASC 2013-cü ildə ən dinamik inkişaf edən sığorta şirkəti kimi “UĞUR” mükafatına layiq görülmüşdür. 2015-ci ildə isə Avropa Biznes Assambleyasının mütəxəssisləri İsveçrə keyfiyyət standartları institutu ilə birlikdə “Dünyanın Dinamik inkişaf edən şirkətləri” mövzusunda apardıqları araşdırmalar nəticəsində Avropa standartlarına uyğun olaraq keyfiyyət idarəetmə sisteminin, məhsul və xidmətlərin inkişafında yüksək nailiyyətlər qazandığına görə “European Quality Award” mükafatı ilə təltif edilmişdir.
“Meqa Sığorta” ASC müştərilərinin maraq və ehtiyaclarını diqqətə almaqla yüksək səviyyəli müştəri xidmətləri təklif etmək üçün daima öz üzərində çalışır. Şirkət peşəkar və etibarlı tərəfdaş olmaqla müştərilərinə qayğısız və arxayın həyatla təmin etməyi özünə başlıca məqsəd seçmişdir.
2016- ci ildə “Meqa Sığorta” ASC “Yaşıl Kart” sistemi çərçivəsində fəaliyyət göstərmək hüququ olan ilk sığorta şirkətlərindən biri olmuşdur. Yaşıl Kart sistemi avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin sığortası şəhadətnaməsinin bu sistemin iştirakçıları, yəni üzv ölkələr arasında qarşılıqlı tanınması haqqında Sazişdir. Bu sistemə əsasən “Yaşıl Kart” haqqında Sazişin iştirakçıları olan dövlətlərin hər hansı biri tərəfindən verilmiş avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin sığorta şəhadətnaməsi həmin Sazişin iştirakçısı olan digər 48 dövlətin ərazisində etibarlı sayılır. Beləliklə, avtomobil nəqliyyatı vasitəsi ilə sistemin əhatə etdiyi xarici ölkələrə səfər edən sürücülər “Meqa Sığorta” ASC-dən “Yaşıl Kart” əldə etməklə bütün səfər boyunca mülki məsuliyyətlərini sığortalaya bilərlər.
2016-cı ilin iyun ayından “Meqa Sığorta” ASC Azərbaycanda biznes maraqlarını təşviq edən və bir çox tanınmış şirkət və müəssisələrin təmsil olunduğu Amerika Ticarət Palatasına – AmCham-a üzv oldu. Amerika Ticarət Palatasına üzvlük “Meqa Sığorta” ASC-yə istər yerli, istərsə də xarici təşkilatlatlarla daha yaxından əməkdaşlıq etməyə, qanunvericilikdə baş vermiş dəyişikliklər, bazarın monitorinqi və araşdırmalar nəticəsində əldə edilmiş aylıq təhlillər vasitəsi ilə daha geniş məlumatlar əldə etmyə imkan yaradır, o cümlədən Palata tərəfindən keçirilən iclaslarda, brifinq və konfranslarda təmsil olunmaqla əlverişli biznes mühitinin formalaşmasında fəal iştirak etməyə təkan verir.
“Meqa Sığorta” ASC Beynəlxalq Maliyyə Hesabatları Standardlarına (IFRS) uyğun hesabatların auditini müvəffəqiyyətlə tamamlamışdır. Dünyanın ən nüfuzlu beynəlxalq audit şirkətlərindən biri hesab edilən “Ernst & Young” şirkəti “Meqa Sığorta” ASC-nin 31 dekabr 2016-cı il üzrə Beynəlxalq Maliyyə Hesabatları Standardlarına uyğun hazırlanmış hesabatlarına müsbət rəy vermiş və həmin rəydə maliyyə hesabatlarının bütün mühüm aspektlər üzrə düzgün tərtib edilməsi qeyd edilmişdir. Maliyyə Hesabatlarının Beynəlxalq Standartlar üzrə hazırlanması və istifadəçilərə təqdim edilməsi şirkət üzrə bütün əməliyyatların tam şəffaf və transparant aparıldığını bir daha təsdiq edir. Bundan əlavə Beynəlxalq Maliyyə Hesabatları Standardlarının tətbiqi, şirkətin səhmdarları, müştəriləri, həmçinin yerli və xarici sığorta və təkrarsığorta partnyorları üçün əhəmiyyətli sayılaraq, onun mövcud maliyyə vəziyyəti və fəaliyyəti haqqında məlumatların dəqiq, dürüst və şəffaf çatdırılmasını təmin edir və şirkətin gələcəkdə beynəlxalq kapital bazarlarına çıxışı üçün geniş imkanlar yaradır.
İsveçrənin SGS beynəlxalq audit şirkəti tərəfindən 2018-ci ildə aparılan növbəti yoxlamanın nəticələrinə əsasən “Meqa Sığorta” ASC-nin Keyfiyyət Menecment Sistemi üzrə beynəlxalq standartlara uyğunluğu təsdiq olunmuş və Şirkətimiz İSO 9001 standartının 2015-ci versiyasını uğurla alaraq, ISO-9001:2015 keyfiyyət sertifikatı ilə təltif edilmişdir. Bu sertifikat Şirkətimizdə keyfiyyət idarəetmə sisteminin effektiv təşkil edildiyini və onun beynəlxalq standartlara tam uyğunluğunu təsdiq edir və şirkətin əməkdaşlarının peşəkarlığını, proqram təminatının, planlaşdırma və proqnozlaşdırmanın mövcudluğunu, elektron sistemlərin effektiv tətbiqini, sənədlərin sistemləşdirilməsi və arxivləşdirilməsi və digər işlərin standartlara uyğun təşkil edildiyini özündə əks etdirir.
2018-ci ildə “Meqa Sığorta” ASC dünyanın 50-dən çox ölkəsində yüksək və orta səviyyəli şirkətlərin menecerləri arasında keçirilmiş sorğu əsasında “Caspian Business Award 2018” mükafatının nominasiyalar üzrə “Keyfiyyətli xidmət və dayanıqlı inkişaf üzrə ilin sığorta şirkəti” adına layiq görülüb.
2019-cu ilin mart ayından “Meqa Sığorta” ASC bir çox tanınmış şirkət və müəssisələrin təmsil olunduğu “Alman-Azərbaycan Xarici Ticarət Palatası”-na üzv oldu. “Alman-Azərbaycan Xarici Ticarət Palatası”-na üzvlük “Meqa Sığorta” ASC-yə potensial müştəri bazasının genişləndirilməsinə, Cəmiyyətin brendinin geniş və daha da yaxından tanınmasına, Palata tərəfindən təşkil olunan işgüzar görüş, təlim, biznes forumları və komissiyalarının işində Cəmiyyətin nümayəndələrininn aktiv iştirakına, həmçinin Palatanın apardığı araşdırmalar nəticəsində əldə edilmiş aylıq təhlillər vasitəsi ilə daha geniş və etibarlı məlumatlar almaq imkanı yaradacaqdır.
2019-cu ilin mart ayından “Meqa Sığorta” ASC Azərbaycanda biznes maraqlarını təşviq edən və bir çox tanınmış şirkət və müəssisələrin təmsil olunduğu daha bir aparıcı təşkilata “Azərbaycan - Fransa Ticarət və Sənaye Palatası” İctimai Birliyinə üzv oldu. “Azərbaycan - Fransa Ticarət və Sənaye Palatası” İctimai Birliyinə üzvlük “Meqa Sığorta” ASC-yə istər yerli, istərsə də xarici təşkilatlatlarla əməkdaşlığı möhkəmləndirməyə və Palata tərəfindən təşkil olunan konfranslarda təmsil olunmaqla, əlverişli biznes mühitinin formalaşmasında fəal iştirak etməyə təkan verir.
“Meqa Sığorta” ASC-nin rəsmi internet səhifəsi olan www.meqasigorta.az istifadəçilərin ixtiyarına verilib.
Eyni zamanda “Meqa Sığorta” ASC onlayn satış sisteminin tətbiqinə başlamışdır.
Veb sayt | www.meqasigorta.az |
Ünvan | Azərbaycan, Bakı şəh., AZ1052, Ə.Rəcəbli küç. 19A |
Telefon | (+994 12) 565 32 32 |
[email protected] | |
CEO | Gülmaliyeva Sevinc Tofiq qızı |