İpək Yolu Sığorta
Call center
012 598 38 50
"İpək Yolu Sığorta" Açıq Səhmdar Cəmiyyəti 1995-ci ildə yaradılmışdır. Fəaliyyətə başladığı ilk gündən indiki dövrədək şirkət respublikanın aparıcı sığorta şirkətləri arasında özünəməxsus yer tutmuşdur. Şirkətimiz hal-hazırda 25 sığorta növü ilə məşğul olmaq üçün müvafiq lisenziyalara malikdir. Şirkətimiz öz müştərilərinə geniş miqyaslı, o cümlədən, bütün növ aviasiya sığortası, əmlak, avtomobil, yük, məsuliyyət, tikinti, fərdi qəza, elektron cihaz, montaj və sair növlər üzrə peşəkar sığorta xidməti göstərir. "İpək Yolu Sığorta" respublikada ilk dəfə olaraq aviasiya sığortası üzrə bir sıra lisenziya növlərinin yaradılmasının təşəbbüsçüsü kimi çıxış etmişdir.
Sığorta növləri:
- Aviadaşıyıcıların üçüncü şəxslər qarşısında mülki məsuliyyətinin sığortası
- Elektron cihaz və avadanlıq sığortası
- Fiziki şəxslərə məxsus olan avtonəqliyyat vasitələrinin tam sığortası
- Fiziki şəxslərə məxsus olan əmlakın sığortası
- Fərdi qəza (bədbəxt hadisələrdən) sığortası
- Hüquqi şəxslərin və sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin əmlakının sığortası
- Hava limanı sahiblərinin və hava hərəkəti idarəetmə orqanlarının mülki məsuliyyətinin sığortası
- Hava nəqliyyat vasitələrinin sığortası
- Hüquqi şəxslərə məxsus avtonəqliyyat vasitələrinin sığortası
- İş fəaliyyəti prosesinin dayanmasının sığortası
- İşəgötürənin məsuliyyətinin sığortası
- Könüllü tibbi sığorta
- Montaj sığortası
- Tikinti-quraşdırma riskləri sığortası
- Ümumi məsuliyyətin və peşə məsuliyyətinin sığortası
- Yüklərin sığortası
- İpoteka predmeti olan əmlakın sığortası
- Qiymətli əşyaların daşınması sığortası
- Bankların və maliyyə xidmətləri göstərən digər hüquqi şəxslərin risklərinin kompleks sığortası
- Səyahətin kompleks sığortası
- Avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari sığortası
- Auditorların peşə məsuliyyətinin icbari sığortası
- Daşınmaz əmlakın icbari sığortası
- Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası
- Sərnişinlərin icbari fərdi qəza sığortası
Veb sayt | www.silkwayinsurance.com |
Ünvan | Nəsimi r-nu, Akademik Həsən Əliyev küç. 4/186, Bakı ş., AZ1078 |
Telefon | (+994 12) 598 38 50, (+994 12) 598 39 50, (+994 12) 598 31 92, (+994 50) 246 10 15 |
[email protected] | |
CEO | İmanov Niyazi Cavanşır oğlu |