AtaSığorta
“AtaSığorta” ASC 2004-cü il iyul ayının 21-də rəsmi dövlət qeydiyyatından keçib və həmin ilin sentyabr ayının 3-dən etibarən tam lisenziyalı sığorta fəaliyyətini həyata keçirir. Təsisçisinin (səhmdarı) AtaHolding ASC olduğu şirkətin ödənilmiş nizamnamə kapitalı 12,4 mln. AZN təşkil edir.
Şirkət, fəaliyyətinin əsas prinsipi kimi fiziki və hüquqi şəxslər üçün effektiv sığorta layihələri hazırlayır və inkişaf etdirir. AtaSığorta, müştərilərinin bütün mümkün və sığortalana biləcək risklərinə maksimum təminat verir.
AtaSığorta şirkəti 28 növ : 24 könüllü və 4 icbari növlər üzrə sığorta xidmətləri təqdim edir. Şirkətin təqdim etdiyi əsas sığorta növləri arasında əmlak sığortası, nəqliyyat vasitələrinin sığortası, nəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari və könüllü sığortası, sürücü və sərnişinlərin bədbəxt hadisələrdən sığortası, üçüncü şəxslər qarşısında mülki məsuliyyətin sığortası, yüklərin sığortası, inşaat sığortası, işəgötürənin məsuliyyətinin sığortası, tibbi sığorta, fərdi qəza sığortası, bank və bank fəaliyyətinin sığortası və s. vardır.
Şirkət, partnyorları və müştəriləri qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsindən, sahib olduğu sığorta xidmətləri portfelindən, əhəmiyyətli həcmdə sığorta rezervlərindən, praktiki iş təcrübəsi və peşəkar personaldan asılıdır. Bütün bu standartlara cavab verə bilmək üçün AtaSığorta beynəlxalq sığorta bazarının Lloyds of London, Hannover Re, Chartis/AIG, Russian Re, ACE, Allianz, SCOR, BRIT və digər şirkətlərlə əməkdaşlıq edir.
Heydər Əliyev Mərkəzi, Dövlət Neft Fondu, Müasir İncəsənət Fondu, Azeronline, AtaBank, AG Bank, Dəmirbank, MuğanBank, ParaBank, VTB Bank, AIKON CPIT, Synergy Group, Azpetrol, AzərPoçt, Hydroserv Caspian LTD, McDermott Caspian Contractors Inc. və digər şirkətlər öz bizneslərinin qorunmasını AtaSığorta şirkətinə etibar ediblər.
Şirkət 2005-ci ildə “Moody İnternational” təşkilatı tərəfindən İSO 9001:2000 beynəlxalq keyfiyyət sertifikatı almışdır.
2007-ci ilin yekunlarına görə “AtaSığorta” ASC “İlin Sığorta şirkəti” nominasiyası üzrə “Uğur” Milli Mükafatına layiq görülmüşdür.
Gənclərlə səmərəli iş fəaliyyətinə görə 2010-cu ildə “AtaSığorta” ASC “Gənclərin Dostu” Milli Mükafatına layiq görülmüşdür.
2010-cu ilin yekunlarına görə “AtaSığorta” ASC “Nüfuz və Etibar” nominasiyası üzrə “Azeri Business Award” Milli Mükafatına layiq görülmüşdür.
Şirkət 2011-ci ilin sonunda 3 il müddətinə “Moody İnternational” şirkəti tərəfindən İSO 9001:2008 beynəlxalq keyfiyyət sertifikatı almışdır.
Şirkət 2011-ci ilin sonundan İcbari Sığorta Bürosunun təsisçisi və iştirakçısıdır.
2012-ci ilin yekunlarına görə “AtaSığorta” ASC “Sığortaçılığın inkişafına verdiyi töhfəyə görə” nominasiyası üzrə “Uğur 2012” Milli Mükafatına layiq görülmüşdür.
Şirkət 2014-cü ilin sonunda 3 il müddətinə “Intertek” şirkəti tərəfindən İSO 9001:2008 beynəlxalq keyfiyyət sertifikatı almışdır.
Şirkət 2017-ci ilin sonunda 3 il müddətinə “Intertek” şirkəti tərəfindən İSO 9001:2015 beynəlxalq keyfiyyət sertifikatı almışdır.
2017-ci ilin yekunlarına görə “AtaSığorta” ASC “İlin Sığorta Şirkəti” nominasiyası üzrə “Uğur 2017” Milli Mükafatına layiq görüldü.
Şirkətin 14 filialı ("Mərkəzi", "Sumqayıt", "Qərb", "Şimal", "Cənub", "Xəzər", “Paytaxt”, “Xətai”, “Göyçay”, “Şəki”, “Şirvan”, “İçəri Şəhər”, “Yevlax”, ”Gəncə”), 19 nümayəndəliyi ("Şamaxı", "Zaqatala", "Bərdə", "Gədəbəy", "Gəncə-Kəpəz" , "Ağdaş", “Yasamal”, “Gənclik”, “Sumqayıt”, “Salyan”, “Göyçay”, “Bayıl”, “Favorit”, “Sahil”, “Bakı”, “Həzi Aslanov”, “Lerik”, “Xocasən”, “Ucar”) və 68 satış ofisi fəaliyyət göstərir.
Veb sayt | www.atasigorta.az |
Ünvan | Z.Əliyeva küç. 55, “Yeni Həyat” Plaza, AZ1000, Bakı, Azərbaycan |
Telefon | +994 12 510 40 58 / 493 98 68 / 449 83 83 |
[email protected] | |
CEO | Orxan Məmmədov |