Biznes Jurnalistikası layihəsi çərçivəsində Azərbaycanda keçirilən təlimlər uğurla tamamlandı | Banco.az

Biznes Jurnalistikası layihəsi çərçivəsində Azərbaycanda keçirilən təlimlər uğurla tamamlandı

Bakı, 28fevral 2017-cı il. Azərbaycanın aparıcı korporativ bankı  – PAŞA BankınBritish Council ilə həyata keçirdiyi Biznes Jurnalistikası layihəsinin Azərbaycanda keçirilən təlimləri uğurla tamamlandı. Layihə çərçivəsində 11 jurnalist peşəkar və rəqəmsal media bacarıqları üzrə təlimlərdə iştirak etdilər. Jurnalistlər Thomson Fondunun təlimçisi tərəfindən keçirilən hər biri beş gün olmaqla ümumilikdə üç təlimdə iştirak etdilər.  Proqram Thomson Fondu tərəfindən Birləşmiş Krallıqda həyata keçirilən təhsil səfəri ilə tamamlanacaqdır.

Biznes Jurnalistikası layihəsi British Council və PAŞA Bank ilə birgə uğurlu əməkdaşlıqda artıq altı ildir ki, həyata keçirilir və bu müddət ərzində Azərbaycanın 70 dən çox jurnalisti xüsusi hazırlanmış proqram üzrə peşəkar media qabiliyyətləri və bacarıqları üzrə təlimlərdə iştirak etmişdir. Bu il layihə çərçivəsində Space TV, Trend, APA Hoding, Azertag, ARB, SIA News Agency də daxil olmaqla, Azərbaycanın bir neçə aparıcı xəbər və yayım agentliklərini təmsil edən 11 jurnalist layihədə iştirak etmişdir.

Bakıda keçirilən, ümumilikdə üç həftə davam edən təlimlərdə jurnalistlər mobil, video, audio, data jurnalistikası, fotoqraflıq, xəritələr, onlayn və sosial media da daxil olmaqla müxtəlif multimedia bacarıqları əldə etdilər. Təlimlərin sonuncu həftəsində jurnalistlər əldə etdikləri bacarıqlara əsasən iqtisadi krizis, əyləncə turizminin inkişafı, Azərbaycanlılıar üçün global səyahət, Azərabaycan film sənayesi, Bakıda yaşayan xanımların kiçik biznes qrupunun incəsənət fəaliyyətləri, Bakıda çoxsaylı taksi şirkətlərinin fəaliyyəti, qadın fermerlərin üzləşdiyi çətinliklər və gözdən əlil şəxslər üçün hi-techBraile planşetinin hazırlanması barədə müxtəlif maraqlı multimedia hekayələri hazırlayaraq təqdim etdilər.

Bu jurnalistlər eləcə də layihənin sonu olaraq 2017-ci ilin mart ayında Birləşmiş Krallığa səfər edərək BBC və Telegraph kimi tanınmış media agentliklərinə baş çəkəcək və görkəmli jurnalistlər ilə görüşmək imkanını əldə edəcəklər. 

PAŞA Bankın Korporativ Kommunikasiyalar Departamentinin direktoru Sona Abbasova qeyd etdi:«Bu 6 il ərzində biznes-jurnalistikanın inkişafı üzrə layihə PAŞA Bankın Sosial məsuliyyət proqramının mühüm tərkib hissəsinə çevrilib. Bizim üçün bu layihənin başlıca məqsədi hər zaman yerli KİV-in əsasən iqtisadi və biznes-mövzuları işıqlandıran aparıcı peşəkar jurnalistlər qrupunun yaradılması olmuşdur. Məmnuniyyətlə qeyd etmək istəyirəm ki, PAŞA Bankın British Council ilə birgə bu istiqamətdə göstərdiyi səylər öz töhfəsini verib. İxtisaslaşdırılmış treninqlərdə iştirak etməklə, avropalı həmkarlarının çoxillik təcrübəsi ilə tanış olmaqla yerli jurnalistlər əldə etdikləri vərdişləri ictimaiyyətin daha da peşəkar məlumatlandırılmasında və ölkədə baş verən iqtisadi islahatların və yenidənqurmanın təhlilində uğurla istifadə edir”.

Ən sərfəli kredit üçün müraciət et

Thomson Fondunun təlimçisi, Dan Mason dedi: Təlim iştirakçılarının qısa müddət ərzində belə dərin, keyfiyyətli, müxtəlif və rəngarəng işləri hazırlaması proqramın ən maraqlı hissəsidir. Hər il qruplar yeni multimedia hekayələri hazırlayırlar və bu il də çox gözəl işlər hazırlandı. Qrup işıqlı gələcəyə indi daha da inamla hazırdırlar və növbəti mərhələdə layiq olduqları London səfərində iştirak edəcəklər.

Layihə bütün dünyada minlərlə jurnalistin hərtərəfli inkişafı üzrə fəaliyyət göstərən və 100-dən çox ölkədə media sahəsində ən yüksək etik və peşəkar standartları təşviq edən  Avropanın ən böyük media təşkilatlarından biri olan Birləşmiş Krallığın Thomson Fondu ilə birgə əməkdaşlıq sayəsində həyata keçirilməkdədir. 

PAŞA Bank

Əmir Məmmədov

Korporativ Kommunikasiyalar Departamenti

Telefon: 012 496 5000

Elektron poçt ünvanı: [email protected]

Bank haqqında:

PAŞA Bank – Azərbaycanın aparıcı korporativ bankıdır. 2007-ci ildə təsis olunmuş Bank, geniş spektrli korporativ bank xidmətlərini göstərir, eləcə dəkreditlərin verilməsi, qiymətli kağızlar bazarında əməliyyatlar, aktivlərin idarə olunması və xəzinədarlıq xidmətləri.Baş ofis və6 Biznes-mərkəzləri ilə təmsil olunan PAŞA Bankda 450çox əməkdaş çalışır. “Europe Banking Awards” 2011, 2012, 2013 çərçivəsində Bank “Azərbaycanın ən yaxşı İnvestisiya Bankı” elan olunmuşdur, 2013-2014-cü illərdə isə "WorldFinance" tərəfindən "BestPrivate Bank inAzerbaijan"adınalayiq görülmüşdür.

PAŞA Bank Azərbaycanın iri investisiya Holdinqiolan və sığorta, inşaat, inşaat materiallarının istehsalı, turizm və eləcə də biznesin digər sahələrində geniş təmsil olunan PAŞA Şirkətlər Qrupunun bir hissəsidir.

www.pashabank.az